“Barselona” ilə “Real” qələbə qazandılar

İspaniya La Liqasında 32-ci tur davam edir.

“Barselona” doğma meydanda “Betis”lə qarşılaşıb. Matç Kataloniya təmsilçisinin qələbəsi ilə başa çatıb – 4:0

Qeyd edək ki, “Barselona” hazırda turnir cədvəlində 79 xalla liderdir, “Betis” isə 49 xalla 6-cıdır. 

“Barselona” – “Betis” – 4:0

Qollar: Kristensen, 14, Levandovski, 36, Rafinya, 39, Rodriqez, 82-avtoqol

Qırmızı vərəqə: Qonzalez, 33 (“Betis”)

23:04

İspaniya La Liqasının XXXII turunda “Real” (Madrid) “Almeriya”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma “Kral klubu”nun qələbəsi ilə başa çatıb – 4:2

Kərim Benzemanın het-trik etdiyi qarşılaşmada “Real”ın digər qolunu Rodriqo vurub. Qələbə sayəsində xalını 68-ə çatdıran Madrid klubu 2-cidir və lider “Barselona”dan 8 xal geri qalır.

Share: