Balaca Əsma sağlamlığına qovuşub, yaşıdları ilə oynamaq istəyir

Altı yaşlı Əsma kəskin leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Günel Əmirova məlumat verib.

O bildirib ki, övladının dəstəyə ehtiyacı var.

“Əsmanın dörd yaşı olanda kəskin leykozdan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən etibarən də müalicələrinə başladıq. Müalicələrə Əsmanın bədəni müsbət cavab verdiyi üçün xəstəlik irəliləmir. Amma hazırda müalicələri davam etdirməyə maddi imkanımız yoxdur. Satmağa dəyərli əşyam da qalmayıb. Əsmanın müalicəsi üçün 2 000 manata ehtiyacımız var. Övladımın həyatının ən gözəl dövrləri xəstəxanalarda keçir. Çölə çıxmaq, yaşıdları ilə oynamaq üçün ağlayır, bizdən küsür. Yardımsevər insanlardan xahiş edirəm bizə kömək edin”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb valideynə ambulator müalicə üçün nəzərdə tutulan dərman vasitələrinin Xidmətlər Zərfində təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: (070) 553-95-66

Share: