Balaca Ayxanın üzərinə qaynar su tökülüb: Anası dərman almaq üçün pul tapmır

2017-ci il təvəllüdlü Ayxan Elnur oğlu Məmmədov ötən ilin dekabr ayında ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Lalə Məmmədova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su dolu çaydan aşıb:

“Hadisə baş verdikdən sonra Ayxan yardımsevər insanların dəstəyi ilə iki dəfə (biri omba, biri ayaq nahiyəsindən olmaqla) dəriköçürmə əməliyyatı olunub. Biz xəstəxanadan evə qayıtdıqdan sonra imkanımız olmadığı üçün Ayxanın müalicəsini davam etdirə bilmədik. Qollarında yaralar açılıb. Göynəmə verdikcə uşağım əziyyət çəkir, bütün günü ağlayır. Qonşudan borc pul alaraq Bakıya gəldik, onu həkimə göstərdik. Amma reseptdəki dərmanları almağa belə imkanım çatmır. Balam ağrılarına görə çox əziyyət çəkir. Aptekə də 100 manat borcum yaranıb. Oğluma dərmanları almaq və dəriköçürmə əməliyyatı olan nahiyələri masaj etdirmək üçün ümumilikdə 830 manat lazımdır”.

Əlaqə nömrəsi: 055 267 08 71 (ana – Məmmədova Lalə).

Share: