Bakının mərkəzində “Prius” piyada yoluna çıxdı

Bu gün axşam saatlarında Bakının mərkəzində “Toyota Prius” markalı avtomobil piyadalar üçün nəzərdə tutulmuş yol kənarına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Share: