Bakıdakı xəstəxanada BİABIRÇILIQ: “Biz yetim-yesirə baxanıq?!”

Bakıda Ə.F.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında uşaqlara yaxşı baxılmır. 

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddialara görə, həm uşaq evində, həm də xəstəxanada uşaqlara diqqət göstərilmir. Belə ki, uşaq evlərində onların çimizdirilmədiyi və nəticədə qotur xəstəliyinə tutulduqları deyilir.

Qarayev adına xəstəxanada isə tibb bacılarının həmin uşaqlara baxmadıqları və deyinərək, “biz yetim-yesirə baxanıq?!” dedikləri bildirilir.

Hətta iddialardan biri də belədir ki, hazırda orda Araz adında 2 yaşlı uşaq var. Onu saatlarla bağlı otaqda uşaq arabasında saxlayırlar, mazını da vaxtında çəkmirlər. Uşaq bütün günü tək ağlayır, yaraları qaşınır.

Məsələ ilə bağlı TƏBİB-dən Lent.az-a bildirilib ki, bu barədə araşdırma aparılır.

Share: