​​​​​​​Bakıda zəncirvari qəza: Xəsarət alan var

Bakının Yasamal rayonunda 4 nəqliyyat vasitəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə “20 Yanvar” dairəsində qeydə alınıb.

Belə ki, “KamAz” markalı yük maşının sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman yük maşının əyləcində nasazlıq yaranıb. İdarəetmədən çıxan “KamAz” əvvəlcə “Toyota” markalı avtomobilə çırpılıb ardınca “Nissan” və “Hyundai” markalı maşına dəyən yük maşını yolayrıcı betona çırpılaraq dayanıb. Yük maşının sürücüsü APA-ya bildirib ki, hadisəyə səbəb “KamAz”ın əyləc blokunun partlamasıdır.

Qəza nəticəsində “Toyota” markalı avtomobilin sərnişini xəsarət alıb.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Share: