Bakıda restoranda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, B.Bünyadov küçəsində yerləşən obyektdə (restoran kimi fəaliyyət göstərir) yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Yanğın söndürülüb.

Share: