Bakıda piyadanı vuran sürücü hadisə yerindən yayınıb

Bakının Sabunçu rayonunda piyadavurma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Zabrat” qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçən piyada – 1986-cı il təvəllüdlü Əliyev Sübhan Ağamehdi oğlunu vurub. Daha sonra sürücü avtomobili ilə birlikdə hadisə yerini tərk edib.

Əliyev Sübhan Ağamehdi oğlu zərbənin təsirindən dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon Şöbəsinə yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Ağır xəsarət alan piyada təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Share: