Bakıda neft məhsulu ilə çirklənən çimərliyə nazirlik əməkdaşları cəlb olundular – YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Buzovnada neft məhsulu ilə çirklənmiş dəniz sahilinə baxış keçiriblər.

Bu barədə qurumdan Oxu.Az-ın sorğusuna verilən cavabda deyilir.

Qeyd olunur ki, nazirlik əməkdaşları laboratoriya analizi üçün dənizin suyundan örnəklər götürüblər.

“Laboratoriya nəticələri vasitəsilə ən qısa zamanda problemin nədən qaynaqlandığı aşkar ediləcək”, – deyə məlumatda bildirilir.

12:54

Buzovna çimərliyində iyrənc, eyni zamanda təhlükəli vəziyyət yaranıb. Belə ki, ləpədöyəndə uzun bir zolaq neft tullantıları ilə çirklənib.

Məsələ ilə əlaqədar sakinlər tərəfindən Oxu.Az-a şikayət daxil olub.

Videodan da göründüyü kimi, Buzovna çimərliyinin “Buz Bar” adlandırılan ərazisindəki çirklilik nəzərəçarpacaq dərəcədədir. Bəzi sakinlər isə iyrənc mənzərəyə baxmayaraq, dənizə girməkdən çəkinmirlər.

Aysel Aslanqızı

 

Share: