Bakıda narkoman qadın evə silahla basqın edərək pul tələb edib?

Bakıda bıçaqla silahlanan qadın evə basqın edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün günorta saatlarında paytaxtın Binəqədi rayonunda eyni adlı qəsəbədə baş verib.

Zərərçəkmiş Lalə Dadaşova bildirib ki, nəvələrini məktəbə yola saldıqdan sonra evdə tək olub. O, bir müddət sonra eyni həyətdə qalan qardaşının oğluna yemək verməyə gedib. Bu zaman evə iki nəfər basqın edib. Dediyinə görə, qadın narkoman olub və ona bıçaqla hücum edərək pul tələb edib.

Lalə Dadaşova iddia edir ki, quldurluq etməkdə şübhəli bilinən qadın qapıdan yox, pəncərədən çıxaraq qaçıb. Sonra məlum olub ki, evdən 400 manat və 1ədəd mobil telefon oğurlanıb.

Qadının müraciətindən sonra ərazi üzrə polis bölməsinin əməkdaşları çox çəkməyib ki, bıçaqla evə basqın etməkdə şübhəli bilinən şəhər sakini Röya Həsənovanı saxlayıblar. Zərərçəkmişin telefonu qadının üzərində aşkar edilib, amma pul olmayıb.

Faktla bağlı bölmədə toplanan material Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:

11:32

Bakıda qadın evə silahlı basqın edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, paytaxt sakini olan bir qadın Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edib. O, oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsində yaşadığı evin həyətində naməlum şəxsin olduğunu, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəldiyini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb apardığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Share: