Bakıda iki nəfər telefon mağazasının lövhəsini sındırdı

Bakıda iki nəfər telefon mağazasının qarşısındakı reklam lövhəsini sındırıb. 

Bu barədə məlumat sahibkar tərəfindən sosial şəbəkədə paylaşılıb. O bildirib ki, hadisə gecə saatlarında paytaxtın Şəmsi Bədəlbəyli və Azadlıq prospektinin kəsişməsində baş verib.

Yol kənarında yerləşən telefon mağazasının reklam lövhəsi yaxınlıqdan keçən şəxslər tərəfindən yumruqla vurularaq sındırılıb. Həmin şəxslərin bunu nə məqsədlə etdikləri məlum deyil. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hadisənin anbaan videosunu təqdim edirik:

Share: