Bakıda iki maşın toqquşdu, biri aşdı

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

KIA markalı avtomobil yol kənarında dayanan “Opel” markalı maşınla toqquşduqdan sonra aşıb.

Hadisə zamanı aşan avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Share: