Bakıda birmərtəbəli ev yanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 kvadratmetr olan, birmərtəbəli, 2 otaqlı evin bir otağında 6 kvadratmetr sahədə ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: