Bərdədə uşağın barmağında dəmir halqanın sıxışması FHN-in müdaxiləsinə səbəb oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bərdə rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

Share: