Azərbaycanın minifutbol komandası Avropa çempionu olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Antalyada keçirilən Avropa Minifutbol Federasiyasının “Euro Business Cup” şirkətlər turnirində ölkəmizi təmsil edən komanda Avropa çempionu olub.

Bu barədə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov “X” sosial şəbəkə platformasında məlumat paylaşıb.

“Azersun” şirkətinin komandası finalda Rumınıyanın “Dedeman Oradea” kollektivinə 4:0 hesabıyla qalib gələrək Avropa çempionu olub. Təbrik edirik!”, – deyə O.Məmmədov qeyd edib.

 


Share: