Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Bu barədə XİN “Twitter”də paylaşım edib.

“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”, – paylaşımda deyilir.

 


Share: