Azərbaycan “Wenzhou Nixin Trading Co.Ltd” ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində “Wenzhou Nixin Trading Co., Ltd” şirkətinin sədri Fan Cianşan ilə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Bu barədə nazir “X” sosial şəbəkədəki hesabında yazıb.

M.Cabbarov qeyd edib ki, Azərbaycanın biznes və investisiya mühiti, şirkət tərəfindən ölkəmizdə keramik plitələr istehsal edən zavodun tikintisi layihəsi üzrə görülən işlər barədə müzakirələr aparıb.

 


Share: