Azərbaycan rəssamlarının əsərləri Luvrda keçirilən sərgidə nümayiş olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan rəssamlarının əsərləri Fransanın paytaxtı Parisdə Luvr muzeyində keçirilən Beynəlxalq Müasir İncəsənət sərgisində nümayiş olunur.

“Report” xəbər verir ki, sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid və Vidal Bağırovun əsərləri yer alıb.

Sərgidə azərbaycanlı rəssamlar UNESCO-nun “Beynəlxalq Mədəniyyət Diplomatiyası Assosiasiyaları”nı təmsil edirlər.

Azərbaycanlı rəssamların əl işlərində ölkəmizin mədəniyyəti, təbiəti və abidələri öz əksini tapıb.

Share: