Azərbaycan Premyer Liqası: XI turun daha bir oyunu heç-heçə başa çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Oxu.Az-ın məlumatına görə, günün ilk matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb – 0:0.

Bu nəticədən “gənclik şəhəri” təmsilçisi 15 xalla 7-ci, “qırmızı-qaralar” 8 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Sabah”ı qəbul edəcək. XI tura sabah “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i 4 cavabsız qolla üstələyib. “Zirə” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 2:2.

09:09

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk olaraq “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

“Kapital Bank Arena”dakı qarşılaşma saat 16:00-da başlanacaq. “Gənclik şəhəri” təmsilçisi 14 xalla 7-ci, “qırmızı-qaralar” 7 xalla 9-cu pillədə qərarlaşıb.

Turun mərkəzi görüşündə isə “Neftçi” və “Sabah” komandaları üz-üzə gələcək. “Neftçi Arena”dakı matç saat 18:30-da start götürəcək. “Ağ-qaralar” 15 xalla 5-ci, “Sabah” isə 10 xalla 8-ci sıradadır.

29 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Kapital Bank Arena”.

18:30. “Neftçi” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”.

Qeyd edək ki, XI tura sabah reallaşacaq “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i 4 cavabsız qolla üstələyib. “Zirə” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 2:2.

Share: