Azərbaycan neftinin qiyməti artdı

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Oxu.Az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,6 dollar artaraq 88,08 dollar olub.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Share: