Azərbaycan “Avroviziya 2023” mahnı müsabiqəsində 12 xalı İsrailə verib

Azərbaycan “Avroviziya 2023” mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.

Oxu.Az xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İsrailə verib.

Mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Nərmin Salmanova təqdim edib.

23:28

Bu gün Liverpul şəhərində “Liverpool Arena” idman-konsert meydançasında “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.

Finalda 26 ölkənin nümayəndəsi iştirak edir. Müsabiqənin qalibi tamaşaçılar və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyənləşəcək.

Xatırladaq ki, Azərbaycanı təmsil edən TuralTuranX dueti finala keçmək üçün lazımi səsləri toplaya bilməyib.

Qeyd edək ki, Avropa bukmekerləri İsveçi qələbəyə əsas iddialı adlandırırlar. Ölkəni yenə də Bakıdakı “Avroviziya 2012”də qalib gələn müğənni Lorin təmsil edir.

Oxu.Az müsiqi yarışını canlı təqdim edir:

Share: