Avstraliyada dünyanın ən zəhərli ilanı görüntüləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən zəhərli ilanları arasında yer alan Şərq qəhvəyi ilanları son vaxtlar Avstraliya şəhərlərində tez-tez görünməyə başlayıb.

Avstraliyalı ilan ovçusunun bu ilanlardan birini tutduğu anlar kameralara əks olunub və görüntülər “Facebook” sosial şəbəkəsində 1,6 milyon dəfədən çox izlənilib.

Görüntülərdə ovçu çox aqressiv olan ilanı quyruğundan tutaraq girdiyi borudan çıxarır və birdəqiqəlik “mübarizədən” sonra ilanı “həbs” edə bilir. Videoda ilanın ovçunu dişləmək üçün etdiyi hərəkət də diqqət çəkib.

Tutulan bu ilanlar daha sonra səlahiyyətlilər tərəfindən təbiətə buraxılır.

Orta uzunluğu 1,5 metr olan bu ilanların zəhəri ürəyi, ağciyərləri və diafraqmın sinirlərini iflic edərək qurbanını hərəkətsiz hala gətirir.

Mənbə: Haber Global  

Share: