Avropada partlayıcı maddələr tükəndi

Avropalı müttəfiqlər nəinki Kiyevi mərmilərin tədarükü ilə təmin edə bilmirlər, hətta onların özləri də genişmiqyaslı hərbi əməliyyatlar aparmaq iqtidarında deyillər.

Burada söhbət maliyyənin həcmindən getmir. Avropa İttifaqında mərmi istehsalı üçün partlayıcı maddələr və komponentlər bitib.

Məlumata görə, barıt, plastik partlayıcı maddələr və trotil ehtiyatlarının məhdud olması səbəbindən hərbi sənaye Aİ-nin Ukrayna ilə bağlı tələblərini yerinə yetirə bilmir.

Qitədə ən böyük partlayıcı istehsalçısı Çexiyanın “Explosia” dövlət müəssisəsidir. Onun rəhbərliyi isə yaxın iki ildə hasilatı artıra bilməyəcəklərini bildirirlər. Bu səbəbdən də, Aİ Koreya və Hindistanda yeni müdafiə zavodlarının təcili yerləşdirilməsini müzakirə edir.

Mənbə: octagon.media

Share: