Avropa Liqası: “Qarabağ” – “Frayburq” oyununda ikinci hissə başlayıb

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb. 

Oxu.Az-ın məlumatına görə, “köhlən atlar” ilk hissədən sonra məğlub durumdadır – 0:1. 

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 

22:36

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, “köhlən atlar” fasiləyə məğlub yollanıblar – 0:1.

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub.

22:13

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb. 

Oxu.Az-ın məlumatına görə, 25-ci dəqiqədə qonaqların futbolçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib. 0:1

21:47

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.

Oxu.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.

G qrupunun digər görüşündə “Olimpiakos” Yunanıstanda Fransa “Nant”ını qəbul edir.

Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

Qrupda 13 xala malik “Frayburq” liderliyini təmin edib. “Qarabağ”la yanaşı 6 xalı olan “Nant”ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda “Qarabağ”ın xal itirməsini gözləyəcək.

20:30

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda üz-üzə gələcək “Qarabağ” və Almaniya “Frayburq”unun start heyətləri açıqlanıb.

Oxu.Az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

“Frayburq”: 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Kaytel, 18. Nils Peterse, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt

Baş məşqçi: Kristian Ştrayx

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

08:41

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniyanın “Frayburq” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.

“Köhlən atlar”da Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq. Qara Qarayevin qarşılaşmada iştirakı sual altındadır. Qonaqlarda zədəli Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya gətirilməyib.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Fransa “Nant”ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

G qrupunda 13 xala malik “Frayburq” liderliyini təmin edib. “Qarabağ”la yanaşı 6 xalı olan “Nant”ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda “Qarabağ”ın xal itirməsini gözləyəcək.

UEFA Avropa Liqası

G qrupu

VI tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: “Frayburq” – 13, “Qarabağ” – 7, “Nant” – 6. “Olimpiakos” – 2.

Share: