Avropa Kuboku: “Kür” ikinci oyunda da uduzaraq mübarizəni dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında Xorvatiyanın “Sesvete” klubu ilə üz-üzə gəlib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə bitib – 34:24.

Bir həftə əvvəl Xorvatiyada gerçəkləşən ilk görüşdə rəqib 30:15 hesabı ilə qalib gəlib.

Beləliklə, “Sesvete” növbəti raunda vəsiqə qazanıb.

Share: