Avropa İttifaqı: “Brüssel görüşünü alqışlayırıq”

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ötən gün Aİ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən görüşü alqışlayıb.

Bu barədə diplomat öz “Twitter” səhifəsində yazıb:

“Aİ Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında dördüncü görüşü alqışlayıram. Sülh müqaviləsi üzərində irəliləyiş üçün işləməyə davam etmək və humanitar və kommunikasiya sahələrində səyləri davam etdirmək vacibdir. Aİ sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə davam edir”.

Müstəqil.Az

 

Share: