ATU-nun məzun günündə evlilik təklifi

Azərbaycan Texniki Universitetinin məzun günü mərasimində evlilik təklifi edilib.

Bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşım edib.

Bildirilib ki, Fərid Həsənov və Məryəm Muradova 2 il əvvəl bakalavr səviyyəsini bitirib məzun olublar. Bu gün Məryəm Muradova magistratura səviyyəsində məzun olub. Onun Məzun günündə qrup yoldaşı sürpriz evlilik təklifi edib.

 

Share: