“Atletiko Madrid”dən möhtəşəm geridönüş

İspaniya La Liqasında VIII turun iki oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, “Atletiko Madrid” öz meydanında “Kadis”lə qarşılaşıb.

Matç “hindular”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar 12-ci dəqiqədə Lukas Pires, 27-ci dəqiqədə Rojer Martinin qolları ilə iki topluq üstünlük qazanıblar. Lakin paytaxt təmsilçisi geridönüş etməyi bacarıb. 32-ci dəqiqədə Anxel Korrea fərqi azaldıb. 46-cı dəqiqədə Nahuel Molina hesabda tarazlıq yaradıb. 66-cı dəqiqədə isə Korrea dublunu rəsmiləşdirərək, meydan sahiblərinə qələbə qazandırıb.

Xallarını 16-ya çatdıran “Atletiko Madrid” dördüncü pilləyə yüksəlib. “Kadis” isə iki addım geriləyətək 12-ci yerə düşüb. Komandanın doqquz xalı var.

Digər qarşılaşmada “Betis” evdə “Valensiya”nı böyük hesabla məğlub edib – 3:0.

Sevilya klubunun qollarını Assane Diao, Mark Roka və Abde Ezzalzuli vurublar. Qələbə sayəsində “Betis” yeddinci yerə yüksəlib yüksəlib. Komandanın 12 xalı var. 10 xalı olan “Valensiya” doqquzuncu yerdədir.

Share: