Oxu.az – Atəşkəs razılaşması “İslami Cihad”ın tələblərinə görə pozulub

Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejiminin bərqərar olması “İslami Cihad” radikal qruplaşmasının danışıqlarda vasitəçi qismində çıxış edən Misirə təqdim etdiyi tələblər səbəbindən pozulub.

Qrupun Qahirədən ona bir sıra zəmanətlər verməsini tələb etdiyi bildirilib.

Məlumata görə, bazar günü axşam Təl-Əvivdə, eləcə də qonşu Lod, Bat Yam, Holon və Rişon LeZionda hava hücumu sıqnalları yenidən işə düşüb. Sakinlərdən bomba sığınacaqlarında qalmaları xahiş olunub.

Mənbə: lenta.ru

19:10

Qəzza zolağında atəşkəs bazar günü, avqustun 7-də yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 21:00) qüvvəyə minəcək.

İsrail vasitəçi kimi çıxış edən Misirdən gələn atəşkəs təklifi ilə razılaşıb.

Bundan əvvəl bildirilmişdi ki, Misir hakimiyyəti Qəzza zolağında humanitar atəşkəslə bağlı İsrail və Fələstin tərəfləri ilə danışıqlar aparır.

Mənbə: TASS

Share: