Asteroiddən torpaq götürən kapsul Yerə qayıdıb

NASA Bennu asteroidindən torpaq nümunəsi götürən kapsulun Yerə qayıtdığını elan edib.

OSIRIS-REx zondu ABŞ-nin Yuta ştatında sınaq meydançasına düşüb.

İlkin məlumatlara görə, kapsulda asteroidin səthində toplanmış 60-2000 qram torpaq nümunələri ola bilər.

NASA-dan onu da əlavə ediblər ki, hazırda kapsulun tapılması, içindəkilərin çıxarılması və əlavə araşdırma üçün ekspertlərə təhvil verilməsi lazımdır.

Share: