Arye Qut dəfn olunub

İsrailli jurnalist, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qutla İsraildə vida mərasimi keçirilib.

Oxu.Az-ın məlumatına görə, o, Netanya şəhərində dəfn olunub.

Dəfn mərasimindən olan görüntüləri təqdim edirik:

12:27

“Arye Qut ağır xəstəlikdən sonra İsraildə xəstəxanada vəfat edib. Bu, bizim üçün böyük itkidir. Çünki onun miqyasında İsraildə Azərbaycan üçün vuruşan insan yoxdur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında İsraildə Azərbaycan Evinin rəhbəri Nexamiya Şirin Mixaeli deyib. 

“Onun vəfatı diaspor üçün böyük zərbədir. İsrail vaxtı ilə saat 14:00-da vida mərasimi olacaq, mən də orada olacağam. Arye Qut Netanya şəhərində dəfn olunacaq”, – deyə o əlavə edib.

{gallery}

12:01

İsrailli jurnalist, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qut vəfat edib.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib. 

Onun sözlərinə görə, o, uzun müddət sürən xəstəlikdən sonra vəfat edib.

İsrailin Azərbaycandakı səfirliyinin mətbuat katibi Lalə İsgəndərova Oxu.Az-a bildirib ki, A.Qut xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Arye Qut 1975-ci ildə Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb.

A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.

O, Türkiyə-İsrail münasibətləri, İsrail və Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalənin müəllifidir.

Arye Qut həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin icraçı direktoru idi.

Sayad Həsənli

Share: