ARB-nin efirində qadın ekspertlər arasında DAVA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şairə və yazıçı Elnurə Abdullayeva və jurnalist Sevda Yusifqızı arasında efirdə qalmaqal yaşanıb.

“Səni axtarıram” ictimai-sosial verilişində ekspert qismində iştirak edən tərəflər bir-birinin geyim tərzini tənqid ediblər.

S.Yusifqızı – “Verilişdə hər bir insana, içi mən daxil bir söz qoşursunuz. Siz bir özünüzə baxın… Özünüz şalvar, hündürdaban ayaqqabı geyinirsiniz”, – deyərək E.Abdullayevanı hədəf alıb. 

Jurnalistin bu sözlərinə cavab olaraq şairə – “Sən mənə elə sözlər deyə bilməzsən. Mən sənə bu icazəni vermirəm. Əvvəlcə get bir özünə yuxarıdan-aşağı bax… Bu yaşda əyninə geyindiyin cins şalvara bax, sonra haqqımda nələrsə söyləyərsən. Efirə gələn, insanlara öyüd-nəsihət, məsləhət, yol göstərən bir şəxs o yaşda o şalvarı geyinməz”, – deyə qarşılıq verib.

Onun bu sözlərindən əsəbiləşən Sevda – “Bu sizin xasiyyətinizdir. Sizə biz heç nəyi məcbur edə bilmərik. Kimsə də kimisə nəyəsə məcbur edə bilməz”, – deyərək, mövzunu bağlamağa çalışıb. 

Canlı yayımda baş verən gərginlik dolu anları sizə təqdim edirik:  

Share: