Antalya Diplomatiya Forumunun tarixi bəlli olub

III Antalya Diplomatiya Forumu 2024-cü il martın 1-dən 3-dək keçiriləcək.

Bu barədə Antalya Diplomatiya Forumunun “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

“Regional, qlobal və tematik mövzuların müzakirə olunacağı III Antalya Diplomatiya Forumu 2024-cü ilin martın 1-dən 3-dək baş tutacaq. Sizinlə təkrar görüşməyi səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd olunub.

Share: