Ancelina Coli kimə bənzəmək istədiyini açıqladı

Amerikalı aktrisa Ancelina Coli həmkarı Holli Berri ilə eyni bədən quruluşuna sahib olmaq istədiyini bildirib.

Onlar hazırda “Mod Moda qarşı” döyüş filmindəki rollar üzərində birgə işləyirlər. Məlumata görə, 47 yaşlı Ancelina Coli bədənini formalaşdırmaqda ona kömək etmək xahişi ilə 56 yaşlı həmkarına müraciət edib.

Deyilənlərə görə, indi Berri həmkarını sümük suyu içməyə, sağlam yağlar yeməyə və güclü məşqlərə məcbur edir. 56 yaşlı aktrisanın sözlərinə görə, Ancelina Colinin fiziki forması qənaətbəxş deyil, lakin onlar birlikdə nəticəni yaxşılaşdıracaqlar.

Mənbə: gazeta.ru

Share: