Amerikalı ekspert: “Blinken Pelosinin səhvini düzəltmək üçün İlham Əliyevə zəng edib

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana qalmaqallı səfəri fonunda bu ölkənin dövlət katibi Antoni Blinken bu gecə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Bir sıra ekspert dairələri isə Blinkenin Azərbaycan liderinə zəng etməsini məhz Nensi Pelosinin İrəvan səfəri ilə əlaqələndirib. Yəni, rəsmi Vaşinqton Nensi Pelosinin addımının yanlış olduğunu görüb və bu vəziyyəti düzəltmək üçün müvafiq addım atılıb.

Belə ki, məşhur amerikalı ekspert Lyuk Koffi məsələyə özünəməxsus tərzdə şərh verib. O, sosial şəbəkə hesabında Antoni Blinkenin Azərbaycan Prezidenti ilə telefon söhbəti barədə paylaşımına bu sözləri yazıb:

“Blinken Pelosinin “zibilini təmizləməyə” çalışır”.

Share: