“Albatros”: Tarixin yeni mərhələsi

Ötən cümə günü, oktyabrın 6-sı “Albatros” mağazalar şəbəkəsinin yeni açılan mağazasında möhtəşəm tədbir keçirildi. “JW Marriott Absheron” hotelinin binasında yerləşən yeni “Albatros” mağazasının “qrand” açılışında 30 ildir ki, Bakıda kişi moda trendlərini müəyyən edən “Albatros” kişi geyimi mağazalar şəbəkəsinin müştəriləri və yaxın dostları iştirak edirdi.

Premium kişi geyimləri seqmentində özünəməxsus şöhrət qazanmış “Albatros” şəbəkəsi üçün məhz bu yeni mağazanın açılışı təkamülün tamamilə yeni mərhələsi, tarixin yeni mərhələsi və əvvəllər heç vaxt görülməmiş konsepsiyadır.

Yeni “Albatros” fəlsəfəsinə, müştərilərə həqiqətən fərdi yanaşmaya, eksklüziv markalara və kişi üslubunun apofeozuna həsr olunmuş gecə bütün iştirakçılarda unudulmaz təəssürat yaratdı. Tədbir iştirakçıları nəfis təamlar və kokteyllərə qonaq edildi, canlı musiqinin xoş müşayiəti isə qonaqların tədbirdən tam şəkildə həzz almasına şərait yaradaraq xoş və rahatlaşdırıcı abu-hava yaratdı.

“JW Marriott Absheron Baku” hotelinin binasında yerləşən yeni “Albatros” mağazasının “qrand” açılışı kişi stilinin və qüsursuz zövqün təntənəsi olmaqla yanaşı, həm də “Albatros” şəbəkəsinin dəyərli dostları və müştərilərinə münasibətinin bariz nümayişidir.

Bu tədbir, şübhəsiz ki, bütün iştirakçıların yaddaşına gözəl anlarla və parlaq təəssüratlarla dolu unudulmaz təcrübə kimi həkk olunacaq.

Neftçilər prospekti 99 ünvanında, “JW Marriott Absheron Baku” hotelində yerləşən yeni “Albatros” mağazasını kəşf edin.

Əlaqə məlumatı: (050) 520-80-47, (050) 277-80-81, (050) 255-44-64, (050) 229-60-20

Share: