Aİ səfiri ümummilli lider Heydər Əliyevdən sitat gətirdi

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko sosial şəbəkədə ümummilli lider Heydər Əliyevlə bağlı paylaşım edib.

O, ulu öndərin Aİ ilə bağlı fikirlərini yada salıb.

“Keçmiş Azərbaycan Prezidentinin anadan olmasının 100 illiyi münasibətilə mən H.Əliyevin 22/4/1996-cı ildə Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması zamanı söylədiyi “Aİ və Aİ-yə üzv dövlətlərin demokratiyanın inkişafı və xalqlarının rifahının yüksəldilməsi sahəsində əldə etdiyi nailiyyətlər digər ölkələr üçün parlaq nümunədir” sitatını yada salmaq istəyirəm”, – diplomat yazıb.

 


Share: