Afrika ölkələri hüquq pozuntularına qarşı mübarizə aparmaq üçün Bakıda toplaşdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda neokolonializm mövzusunda konfrans keçirilir.

Afrika ölkələrinin nümayəndələri hüquq pozuntularına qarşı mübarizə aparmaq üçün Bakıda bir araya gəliblər.

Afrikadakı keçmiş Fransa müstəmləkələrinin, Fransanın dənizaşırı ərazilərinin və Korsikanın nümayəndələri insan haqları məsələlərinin həll edilməsi məqsədilə Bakıda cəmləşiblər. Çıxış edənlər Fransanı keçmiş müstəmləkə dövlətlərinin daxili işlərinə qarışmaqda günahlandırıblar.

Eyni zamanda, Fransanın müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları diqqətə çatdırılıb.

Konfransda Fransanın müstəmləkələrdə yerli əhaliyə qarşı həyata keçirdiyi ağır işgəncələr və insan haqlarının pozulmasını göstərən fotosərgi də nümayiş olunub.

Mənbə: Trtworld.com

Share: