ABŞ və Çin qırıcıları havada qarşılaşdı: İnanılmaz görüntülər

Cənubi Çin dənizində Çinə məxsus hərbi təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə 3 metrdən də az məsafədə yaxınlaşıb. Qarşı tərəf beynəlxalq hava məkanında toqquşmamaq üçün yayınma manevrlər etmək məcburiyyətində qalıb.

Bu barədə ABŞ ordusunun bəyanatından məlum olub.

Sənəddə bildirilir ki, Çin Hərbi Dəniz Qüvvələrinə məxsus J-11 döyüş təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 strateji kəşfiyyat təyyarəsinin iştirak etdiyi insident dekabrın 21-də baş verib.

“Biz Hind-Sakit Okean regionundakı bütün ölkələrin beynəlxalq hava məkanından təhlükəsiz və beynəlxalq hüquqa uyğun istifadə etmələrini gözləyirik”, – deyə ABŞ rəsmiləri əlavə edib.

Daha bir mənbədən bildirilib ki, Birləşmiş Ştatlar insidentlə bağlı Çin hökuməti qarşısında məsələ qaldırıb.

Mənbə: Daily Mail

Share: