ABŞ tezliklə ukraynalı hərbçilərə “Abrams” tanklarının döyüşdə istifadəsi üzrə təlimlərə başlayacaq

ABŞ Müdafiə Nazirliyi tezliklə “M1A1 Abrams” tanklarından döyüşlərdə istifadə etmək üçün Ukrayna hərbçilərinə təlimlərə başlayacaq.

Bu barədə Pentaqonun yüksəkrütbəli sözçüsü bildirib.

Onun sözlərinə görə, hazırlıqlar hələ başlamayıb – departament lazımi avadanlığın əldə edilməsi üçün işləri hələ davam etdirir.

Ukraynanın hərbi Silahlı Qüvvələrinin təliminə nisbətən yaxın vaxtlarda başlanacağı gözlənilir.

Qeyd edək ki, mart ayında ABŞ-nin müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Kiyevi Pentaqonun arsenalından “Abrams” tankları ilə təmin edəcəyini bildirib.

Pentaqonun sözçüsü Patrik Rayder də 65 ukraynalı hərbçinin “Patriot” zenit-raket komplekslərinin istifadəsi üzrə təliminin başa çatdığını açıqlayıb. Bundan əlavə, Rayderin sözlərinə görə, ABŞ bu günə qədər təxminən 7 min, Birləşmiş Ştatların müttəfiqləri (26 ölkə) isə 11 mindən çox Ukrayna əsgərinə hərbi təlim keçib.

Mənbə: Gzeta.ru

Share: