Abituriyentlərin tapşırıqlar toplusunda KOBUD SƏHV

Abituriyentlər üçün nəzərdə tutulmuş tapşırıqlar toplusunda kobud səhvə yol verilib.

Xezerxeber.az xəbər verir ki, kitabın üzərində Coğrafiya fənninin adı sətirdən-sətrə yanlış keçirilib.

Qeyd edək ki, biologiya fənni də eyni aqibəti yaşayır.

“Güvən Nəşriyyatı”na aid bu mütərəqqi hecalama versiyası en azı təəccüb doğurur.

Valideynlər arasında apardığımız sorğudan məlum olub ki, belə səhvlərə rast gələnlər də var, gəlməyənlər də.

“Güvən nəşriyyatı”ndan isə məsələ ilə bağlı bildirilib ki,  Azərbaycan dilinin qaydaları hər kəs üçün vacib olsa da, onları “pozmağa” da icazə var:

“Hər halda “yenilik” qaydaların inkarı kimi başa düşülməməlidir. Oxucunu sətirdən-sətrə səhv keçməklə təəcübləndirmək yəqin ki yeni üsuldur. Axı bu jurnalın üz qabığının rəngi yaxud digər illüstrativ məqam deyil. Bu hecadır”.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, nəşriyyatlar özləri müstəqil fəalliyyət göstərdikləri üçün həmin vəsaitlərə bizim heç bir müdaxiləmiz olmur. 

Daha ətraflı süjetdə:

Share: