A Seriyası: “İnter” öz meydanında məğlub oldu

İtaliya A Seriyasında XXVIII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “İnter” öz meydanında “Fiorentina”ya uduzub – 0:1. Yeganə qolu 53-cü dəqiqədə Cakomo Bonaventura vurub.

“İnter” 50 xalla 3-cü, “Fiorentina” 40 xalla 8-ci pillədədir.

Share: