79 yaşlı Robert De Niro yeddinci dəfə ata oldu

Aktyor Robert De Niro jurnalistlərə açıqlamasında yeddinci dəfə ata olduğunu deyib.

Aktyorun nümayəndəsi bu məlumatı təsdiqləyib. Lakin uşağın anasının kimliyi açıqlanmayıb.

Məlumdur ki, de Niro 20 illik evliliyindən sonra 2018-ci ildə ikinci həyat yoldaşından boşanıb. O, etiraf edib ki, qayğıkeş valideyn olmağa çalışır, lakin bəzən sərtlik göstərmək məcburiyyətindədir.

“Bunsuz uşaqlarla məşğul ola bilməzsən. Qaydaları diktə etməyi sevmirəm, amma bəzən seçiminiz olmur. Düşünürəm ki, istənilən valideyn sizə eyni şeyi deyəcək. Siz həmişə uşaqlar üçün doğru olanı etmək, onlara güzəşt etmək istəyirsiniz, amma bəzən bacarmırsınız”, – kino ulduzu deyib.

Qeyd edək ki, De Niro iki dəfə evlənib. Onun birinci həyat yoldaşından iki övladı var – 51 yaşlı Drena və 46 yaşlı Rafael. İkinci evliliyindən isə aktyorun hazırda 25 yaşlı Elliot və 11 yaşlı Helen adlı övladları doğulub. O, həm də keçmiş sevgilisi Tuka Smitin dünyaya gətirdiyi və hazırda 27 yaşında olan Culian və Aaron Kendrik adlı əkiz oğulların atasıdır.

Mənbə: gazeta.ru

Share: