5 000 il əvvəl uşaqların hansı oyuncaqlarla oynadıqları öyrənilib

Pireney yarımadasında qədim uşaq oyuncaqları olduqları düşünülən bayquş şəklində lövhələr tapılıb.

Ümumilikdə alimlər məzar və çuxurlarda 4 000-ə yaxın lövhə aşkarlayıblar. Artefaktların təxminən 5 000 il yaşı var.

Tədqiqat “Scientific Reports” jurnalında dərc olunub.

Əvvəllər arxeoloqlar lövhələrin rituallarda istifadə edildiyini və tanrıları, yaxud ölüləri təmsil etdiyini fikirləşirdilər. Hazırda isə başqa versiya nəzərdən keçirilir: tapıntılar kukla, oyuncaq və ya amulet kimi istifadə oluna bilərdi.

Çox güman ki, onlar uşaqların özləri tərəfindən hazırlanıb. Elm adamları 100 lövhəni 4-13 yaş arası müasir uşaqların yüzlərlə bayquş rəsmləri ilə müqayisə edərək bu qənaətə gəliblər. Bayquş təsvirləri arasında çoxlu oxşarlıqlar tapılib.

Bir çox lövhənin yuxarı hissəsində iki dəlik olub. Bunların qaytan üçün istifadə edilmədiyi hesab olunur – onlar çox kiçikdir və heç bir aşınma əlamətləri müşahidə edilməyib. Alimlər onların içərisinə əsl bayquş lələklərinin daxil edildiyini düşünürlər.

Share: