32 yaşlı gənc ananın müalicə üçün 200 manata ehtiyacı var

32 yaşlı gənc ananın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a Ülkər Əhmədovanın özü müraciət edib.

Ülkər xanım bildirib ki, bir neçə gün öncə əməliyyat olunub.

“Mənim 32 yaşım var. İnanın, illərdir ağrılarım olsa da, maddi vəziyyətimə görə həkim müayinəsinə gedə bilmirdim. Ağrılarım dözülməz olduğu üçün həkimə getdim və mənə qarın boşluğumda düyünlərin olduğunu dedilər. Bir neçə gün əvvəl dövlət müəssisələrinin birində əməliyyat olundum. Hazırda evə çıxmışam, amma müalicələrimi almaq üçün imkanım çatmır. Buna görə dəstəyə ehtiyacım var. Hazırda həkim yazdığı müalicəni almaq üçün 200 manata ehtiyacım var. Mənim himayəmdə iki azyaşlı övladım var. Ağrılarım çox olduğu üçün, inanın, onlara da baxa bilmirəm”.

Ailə ilə əlaqə: (051) 635-91-09

Share: