28 yaşlı məşhur reper boulinq oynayarkən güllələndi

“Takeoff” təxəllüsü ilə tanınan reper Kerşnik Kari Ball aldığı güllə yarasından dünyasını dəyişib.

Cinayət o, Hyustonda (Texas, ABŞ) boulinq klubda olarkən baş verib. 28 yaşlı reper hadisə yerində ölüb.

“Takeoff” “Quavo” və “Offset”in də daxil olduğu “Migos” hip-hop triosunun ən gənc üzvü idi. Qrup 2013-cü ildə “Drake” tərəfindən remiks edilmiş “Versace” sinqlı buraxıldıqdan sonra məşhurlaşıb.

Mənbə: TMZ

Share: