Ərdoğan, Zelenski, Quterreş görüşü başa çatdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başa çatıb.

Lvov şəhərindəki Pototski sarayındakı görüş 40 dəqiqə davam edib.

Mətbuata qapalı keçirilən üçtərəfli sammitdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.

Mənbə: Anadolu

18:42

Lvovda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayıb.

Pototski sarayındakı görüşün yerli vaxtla saat 16:50-də (Bakı vaxtı ilə 17:50-də – red.) başladığı bildirilib.

Mənbə: Anadolu

Share: