Otları təmizləyərkən 2 metr uzunluqda ilan tutdu – VİDEO

Türkiyənin Ədirnə ilinin Yayla kəndində işlətdiyi mağazanın ətrafını otdan təmizləyən Mustafa Altunhan iki metr uzunluqda ilanla qarşılaşıb.

O, əli ilə tutduğu diri ilanın görüntüsünü çəkərək sosial şəbəkələrdə paylaşıb.

Mustafa Altunhan ilanları öldürməkdənsə təbiətə qaytarmağı tövsiyə edib və heyvanı meşəlik əraziyə buraxıb.

Mənbə: DHA

Share: