Ötən il Britaniyada hər gün 47 mağaza bağlanıb

Keçən il Böyük Britaniyada pərakəndə satış sektoru üçün çətin il olub, hər gün orta hesabla 47 mağaza bağlanıb.

Bu barədə “Business Live” Pərakəndə Araşdırmalar Mərkəzi məlumat yayıb.

Mərkəzin təhlilinə görə, 2022-ci ildə ölkədə 17 145 mağaza bağlanıb ki, bu da əvvəlki ilin 11 449 mağaza göstəricisindən təxminən 50% çoxdur.

Eyni zamanda, pərakəndə satış şəbəkələri tərəfindən xərclərin azaldılması qərarına görə 5500 satış məntəqəsi müflisləşib, 11 600-ü isə bağlanıb.

Araşdırmalar Mərkəzinin direktoru professor Coşua Bamfild pərakəndə satış şəbəkələrinin xərcləri azaltmağa davam etdiyini və bu tendensiyanın 2023-cü ildə də davam edəcəyini açıqlayıb. O, həmçinin bir neçə “böyük oyunçu”nun da sıradan çıxa biləcəyini proqnozlaşdırıb.

Mənbə: gazeta.ru

Share: