Ötən gecə İran adlanan yerdə nə baş verdi

Müstəqil.Az DAK.az -a istinadən xəbər verir:

1.İran adlı ölkə: hava məkanı deşik – deşikdir. Qorumaq mümkün olmadı.
2. S-300, s-400(?) sahibdir, amma faydası olmadı.
3. İran adlı ölkə bu gece kamikadze dronlarla vurulub, ordu cəmi bir dron zərərsizləşdirib.
4. İsfahanda hərbi baza vuruldu.
5. Təbriz və Həmədanda da hərbi bazalar vuruldu.
6. Tehranda qırıcı təyyarələr qaldırıldı.
7. Türkiyə və Azərbaycan konsulluğu qapadıldı
8. Həmədan, Javanyurd vuruldu.
9. Rəşt də vuruldu.
10. Gecə İsrail olduqca böyük bir əməliyyat həyata keçirib:
İsrailin baş naziri Benyamin Netanyahu:

“Qüdsdəki terror hücumlarına cavabımız güclü, sürətli və dəqiq olacaq. Kim bizə zərər vermək istəsə, biz də onlara və onlara kömək edən hər kəsə zərər verəcəyik!”-deyib.
Beləliklə, Şərqi Azərbaycan əyalətinin Şəhid-Səlimi şəhərində motor yağları istehsal edən böyük zavod vurulub.

İsfahan əyalətinin mərkəzi hissəsində yerləşən hərbi anbar və sursat istehsalı mərkəzi də pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

İranın qərbindəki Dizful şəhərindəki aviabazada partlayış, Həmədan (ölkənin qərbi) və Rəşt (şimal) şəhərlərində partlayış və yanğınlar baş verir.

Tehranda partlayış səsləri fonunda hökumət binalarına hücum edilib.

Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

İran Müdafiə Nazirliyi, İran Ordusu, Raket və aerokosmik layihələri inkişaf etdirən İran dövlət şirkəti AIO-nun internet saytı və Müdafiə Sənayesi nazirliyinin rəsmi saytları dağıdıldı.

Belə getsə, çirkin siyasət yürütsə iran vİran qalacaq!

Share: